SOSİUM

Şəhid vərəsələrinin bank hesabına birdəfəlik ödəmə edilərkən bu barədə sms göndərilir
27 NOYABR
105

Şəhid vərəsələrinin bank hesabına birdəfəlik ödəmə edilərkən bu barədə sms göndərilir

2018-11-27 16:48:00

Birdəfəlik ödəmənin verilməsi üçün artıq 447 şəhid hərbi qulluqçu üzrə 585 vərəsəyəbirdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Finans.az”a verilən məlumata görə, həmin qərarlar üzrə birdəfəlik ödəmələr həmin vərəsələrin bank hesablarına köçürülür. Onlardan bu günədək artıq 300-ə yaxın vərəsəyə ödəmə verilib. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

Ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmas baş vermir. Birdəfəlik ödəmə vərəsələrin bank hesabına köçürülərkən onların məlumatlandırılması təmin edilir, onlara bu barədə sms vasitəsilə müvafiq bildiriş göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255