SOSİUM

Maaşların sosial sığortaya cəlb edilmə mexanizmi belə olacaq
27 NOYABR
567

Maaşların sosial sığortaya cəlb edilmə mexanizmi belə olacaq

2018-11-27 15:59:00

Mülki-hüquqi xarakterli müqavilələrin sosial sığortaya cəlb edilməsi mexanizmi dəqiqləşib.

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib ki, əgər xidməti göstərən şəxs VÖEN-i olan fərdi sahibkarlıq subyekti olacaqsa, sığorta ödənişi aşağıdakı şəkildə reallaşacaq:

“Sığorta ödənişi ticarət və tikinti üzrə 65 minimum əmək haqqının 50%-i (65 manat), yerdə qalan sahələr üzrə 25%-i (32.5 manat) qədər olacaq.
İndiyə qədər də belə idi, amma 2 fərqlə:

Eləcə də bax: İnzibati Xətalar Məcəlləsinin maddələrindən biri ləğv edilir

1) Hazırda qüvvədə olan versiyada Bakı şəhəri, kəndlər və digər şəhərlər arasında fərq mövcuddur. İndi isə heç bir differensiya yoxdur. Hər yer üçün vahid dərəcə.

2) Əvvəl minimum əmək haqqında nisbətən 20% tutulurdu, bundan sonra 25% olacaq.

Çox güman ki, hazırda ictimailəşdirilən layihədə qeyri-müəyyənlik aradan qaldırılacaq və bu məsələ dəqiq şəkildə əks olunacaq ki, sonradan sui-istifadəyə yol açmasın”.

İqtisadçı həmçinin, sosial ödənişlərin minimum əmək haqqına bağlanması məsələsinə də aydınlıq gətirib.

O qeyd edib ki, yüksək inflyasiya şəraitində minimum əmək haqqı tez-tez dəyişə bilər:

“Amma xırda sahibkarların gəlirlərinin artımı həmişə qiymət artımına və nominal maaş artımına adekvat olmur. Ona görə də sosial ödənişləri ya sabit məbləğ, ya da gəirlərə faiz nisbəti ilə ilə müəyyən etmək düzgün olmazmı?
Hazırda fərdi sahibkarların aylıq sığorta ödənişləri minimum həmək haqqına bağlanıb.
Hətta bu problemdən qaçmaq üçün hökimət bir neçə il əvvəl büdcə sektorunda tarif maaşının minimum məvacibə bağlanması təcrübəsini rəsmən aradan qaldırdı”.

Bu dəyişikliyin 2019-cu il yanvarın 1-dən qüvvəyə nibəcəyi gözlənilir.

Modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256