SOSİUM

Ailə məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılmalıdır
26 NOYABR
96

Ailə məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılmalıdır

2018-11-26 16:30:00

Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılmalıdır.

Fins.az xəbər verir ki, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, belə strukturlar bir çox ölkələrdə fəaliyyət göstərir.

A.Naxçıvanlı hesab edir ki, qadın zorakılığına qarşı mübarizə bütün sferalarda yaradılmalıdır.

Komitə sədrinin fikrincə, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün ayrıca "Qaynar xətt" yaradılmalı, televiziyalarda maarifləndirmə işləri geniş şəkildə həyata keçirilməlidir.

 Eləcə də bax: “ASAN xidmət”də YENİ TƏLƏB

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255