SOSİUM

Dövlət Gömrük Komitəsi sədrinin Sumqayıtda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
26 NOYABR
111

Dövlət Gömrük Komitəsi sədrinin Sumqayıtda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

2018-11-26 14:38:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin noyabrın 30-na Sumqayıtda nəzərdə tutulmuş qəbulu dekabrın 1-nə keçirilir.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, komitə sədri Səfər Mehdiyev dekabrın 1-də saat 11:00-da Sumqayıt şəhərində Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasında (Sülh küçəsi,1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərinin, eləcə də bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256