SOSİUM

“Azərişıq” borclu abonentlərin işığını kəsəcək
23 NOYABR
201

“Azərişıq” borclu abonentlərin işığını kəsəcək

2018-11-23 16:28:00

 "Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabrın 27-i tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Bu barədə  Fins.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Məlumata görə, “Azərişıq” bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

"Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur", - deyə məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255