SOSİUM

447 şəhidin 585 vərəsəsinə birəfəlik ödəmənin verilməsi ilə bağlı QƏRAR
22 NOYABR
210

447 şəhidin 585 vərəsəsinə birəfəlik ödəmənin verilməsi ilə bağlı QƏRAR

2018-11-22 15:38:00

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə də birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub. 

Bu barədə Fins.az-a nazirlikdən məlumat verilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fərmanının icrası işlərinin davam etdiyini, notarial qaydada qəbul edilən sənədlərin nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilərək Komissiyaya təqdim olunduğunu deyib. O bildirib ki, bu sahədə aparılan işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə olan qayğısına, onlara birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan humanist addımına uyğun şəkildə, tam şəffaf şəkildə yerinə yetirilməsi başlıca prinsipdir.

Nazir qəbul edilmiş qərarlar üzrə vərəsələrə birdəfəlik ödəniş prosesinin davam etdiyini, ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmasın baş vermədiyini, müvafiq vəsaitin vərəsələrin bank hesablarına köçürüldüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, Komissiya bu günədək artıq 447 şəhidin 585 vərəsəsinə ödəmənin verilməsi barədə qərarlar qəbul edib və onlara müvafiq vəsaitin ödənişi həyata keçirilir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255