SOSİUM

Söyüd ağacı kəsildi - 1800 manat ziyan
21 NOYABR
109

Söyüd ağacı kəsildi - 1800 manat ziyan

2018-11-21 16:28:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən Fins.az-a bildiriblər ki, reyd zamanı Suraxanı rayonunun Hövsan qəsəbəsi, O.Şabanov küçəsində diametri 44 santimetr olan yaşköküstə söyüd ağacının icazəsiz kəsildiyi aşkarlanıb.
Araşdırma zamanı ağacın rayon sakini Allahverdi Rzayev tərəfindən kəsildiyi müəyyənləşib. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 1800 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256