SOSİUM

İşçilərin əmək müqaviləsi olmadan işlədilməsinə görə maliyyə sanksiyaları artırıla bilər
20 NOYABR 2018
290

İşçilərin əmək müqaviləsi olmadan işlədilməsinə görə maliyyə sanksiyaları artırıla bilər

2018-11-20 16:43:00

Azərbaycanda işçilərin əmək müqaviləsiz işlədilməsinə görə işəgötürlənlərə tətbiq olunan maliyyə sanksiyasının məbləği artırıla bilər.

Fins.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsində qeyd olunur

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə belə hala birinci dəfə yol verdikdə 2 000manat, ikinci dəfə yol verdikdə 4 000 manat, üç və daha çox dəfə yol verdikdə 6 000 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, hazırda maliyyə sanksiyasının məbləği bütün hallarda hər bir belə şəxs üzrə 1 000 manat məbləğindədir. 

Eləcə də bax:5 gün iş olmayacaq

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256