SOSİUM

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
16 NOYABR
138

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

2018-11-16 17:22:00

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Fins.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqazda gündüz saatlarında hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.

Nazirlik Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırır ki, noyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə arabir duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 11-14, dağlıq rayonlarda 8-11 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, noyabrın 17-də çiskin olacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.

ETSN-dən bildirilib ki, həftə sonu Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 13-16 dərəcə isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256