SOSİUM

Qaçqın və məcburi köçkünlərin pensiya probleminin hansı formada həll olunduğu açıqlanıb
16 NOYABR
136

Qaçqın və məcburi köçkünlərin pensiya probleminin hansı formada həll olunduğu açıqlanıb

2018-11-16 12:45:00

“Qaçqın və məcburi köçkünlər əmək kitabçalarını itiriblər. Əmək kitabçası da qanunvericilikdə əsas sənəd kimi öz əksini tapıb. Ona görə də bunun üçün məhkəməyə müraciət edirlər. Onlar məhkəməyə müraciət edəndə birinci instansiya məhkəməsinin qərarı ilə məsələ yekunlaşmırdı. Lakin indi bu məsələ nazirin müvafiq əmri ilə tənzimlənir. Birinci instansiya məhkəməsinin qərarı nəzərə alınır”.

Eləcə də bax:“Azəriqaz” İstehsalat Birliyi AÇIQLAMA yaydı

Fins.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2006-cı ilin yanvarın 1-nə kimi sosial sığorta stajı qanunun 7-ci maddəsində qeyd edilən yaşa çatanlara münasibətdə əhalinin bütün təbəqələrini, o cümlədən qaçqın və məcburi köçkünləri əhatə edir: "Bu, çox önəmlidir. 13 il ərzində fərdi hesabında pensiya kapitalı olan və pensiya yaşına çatan şəxslərin hamısına 25 il sosial sığorta yalnız 2006-cı ilin yanvarın 1-nə qədər olan dövr üçün təqdim edilir. Bu tarixdən sonra fərdi uçot aparıldığından kim fərdi uçot dövründə işləyibsə, pensiya kapitalı qazanılır. Təqdim olunan sosial sığorta stajına əlavə olunacaq”.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256