SOSİUM

“Azəriqaz” İstehsalat Birliyi AÇIQLAMA yaydı
15 NOYABR
441

“Azəriqaz” İstehsalat Birliyi AÇIQLAMA yaydı

2018-11-15 14:54:00

Qış rejiminə keçidlə əlaqədar noyabrın 15-dən etibarən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) əhali sektoru üzrə sutkalıq təbii qaz sərfiyyatını 1 milyon 664 min kubmetr artırıb.

Bu barədə “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

“Hazırda respublikada əhali sektoru üzrə gündəlik təbii qaz sərfiyyatı 22 milyon 632 min kubmetrdir ki, bunun da 13 milyon 19 min kubmetri Bakı, 9 milyon 613 min kubmetri isə regionların payına düşür”, - deyə İ.Kərbalayev bildirib.

Eləcə də bax:

“Azəriqaz” rəsmisi əlavə edib ki, hazırda qurum ölkə üzrə 2 milyon 164 min 319 abonenti fasiləsiz təbii qazla təmin edir: “Qarşıdakı günlərdə əhalinin təbii qaza olan tələbatı artdıqca “mavi yanacaq”ın verilişində də artım olacaq”.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256