SOSİUM

Bakıda binalara istilik verilməsinə başlanıldı
14 NOYABR 2018
239

Bakıda binalara istilik verilməsinə başlanıldı

2018-11-14 12:38:00
Noyabrın 12-dən etibarən “Azəristilik” ASC tərəfindən qurumun tabeliyində olan bütün obyektlərə istiliyin verilməsinə başlanılıb.
Fins.az xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, həmin vaxtdan etibarən ilkin sınaq işlərinə start verilib.
Eləcə də  bax:Bakının bir hissəsində qaz olmayacaq
“Həmişə noyabrın 15-dən etibarən istiliyin verilməsinə başlanılırdı. Həm havaların soyuq keçməsi, həm də iri qazanxanalarda tam rejimə çıxmaq müəyyən zaman tələb etdiyindən bütün qazanxanaların qrafikə uyğun işə salınması ilə bağlı əvvəlcədən göstəriş verilib. Noyabrın 15-ə qədər bütün qazanxanalar işə düşməlidir. Artıq 80 faiz qazanxana işə düşüb və binalara istilik verilir. Günün sonuna qədər bütün qazanxanalar işə düşəcək”.
 
©Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266