SOSİUM

Daha 4 narazı şəhid vərəsəsinin şikayətinə AYDINLIQ GƏTİRİLDİ
12 NOYABR
176

Daha 4 narazı şəhid vərəsəsinin şikayətinə AYDINLIQ GƏTİRİLDİ

2018-11-12 15:31:00

Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən vərəsələrdən daha 4 nəfəri - Əliyeva Zərifə Əli qızı, Veysəlov Elçin Aydın oğlu, Binnətova Əkrabə Vəli qızı, Cəfərova Almaz Əli qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, həmin vərəsələrə şəhid hərbi qulluqçulara görə əvvəllər onlara sığorta ödənişinin həyata keçirildiyinə dair aidiyyəti qurumların arxivlərindən çıxarılmış təsdiqedici sənədlər təqdim edilib. Təqdim edilən sənədlər sırasına vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına yazılmış imzalı ərizələr, bu ərizələr əsasında notariat kontorlarından sığorta ödənişi alınması üçün verilən vərəsəlik şəhadətnamələri və s. daxildir.

Eləcə də bax:Borca görə HƏBS - KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA

Qəbul zamanı şikayətçilərə müvafiq izahatlar verilib. Şəhid hərbi qulluqçulara görə əvvəllər sığorta ödənişi ilə təmin olunmuş vərəsələrin yenidən birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256