SOSİUM

Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12 NOYABR
89

Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq

2018-11-12 13:07:00

Fins.az-ın məlumatına görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi layihəsinin təqdimat mərasimində iştrak edib. O bildirib ki, insan kapitalının inkişaf etdirilməsi Azərbaycan üçün əsas şüarı və istiqamətdir. Ümid edirəm ki, Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq.Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, layihə çərçivəsində baş tutan əməkdaşlıq sayəsində Azərbaycanda daha çox sayda sağlamlıq imkanları məhdud uşaqlar üçün sinif şəraitində təhsil almaq imkanı yaradılacaq. Aİ nümayəndəsi qeyd edib ki, hər kəsin əldə etdiyi bilik və bacarıqlarla ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq hüququ var.K.Yankauskas əlavə edib ki, müasir Azərbaycan cəmiyyətinin yaradılmasına hər bir şəxs fərd olaraq töhfə verə bilər: "Əsas məqsədimiz cəmiyyətin əlilliyi olan uşaqlara qarşı olan münasibətini dəyişməkdir. Bu, heç də asan məsələ deyil. Avropa İttifaqı olaraq bu istiqamətdə birgə işləyəcəyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256