SOSİUM

Eldar Əzizov Bakının yağış problemini həll etmək üçün xarici mütəxəssislər cəlb etdi
08 NOYABR
129

Eldar Əzizov Bakının yağış problemini həll etmək üçün xarici mütəxəssislər cəlb etdi

2018-11-08 10:00:00

Dünən gecədən yağan yağış paytaxt Bakının yollarındakı vəziyyəti yenidən iflic edib. Mərkəzi və qəsəbələrarası küçərlərdə yağış sularının yaratdığı iri gölməçələr nəqliyyat vasitələri və piyadaların hərəkətində çətinliklər yaradıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələnin həlli gündəmdədir:

“Sentyabrın 23-də paytaxta yağan yağışın törətdiyi fəsadlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun tapşırıqlarına əsasən, yeni layihələrin icrasına başlanılıb.

Layihələr Bakı Şəhər İcra Hakimiyyəti sifarişi əsasında xarici mütəxəssislər cəlb olunmaqla, hazırlanır. Hazırda layihələrin hazırlanması başa çatmaq üzrədir. Layihə dövlət rəhbəri tərəfindən təsdiq olunduqdan sonra “Azərsu” ASC tərəfindən reallaşdırılacaq”.

Rəsmi məlumata görə, ötəndəfəki yağışdan sonra suyu qəbul edən xətlərin hamısı təmizlənib:

“Ümumilikdə, Bakını bu vəziyyətdən çıxarmaq üçün yeni layihələr icra olunmalıdır. Proses mümkün qədər sürətlə aparılır, amma böyük layihə olduğu üçün qısa müddətdə reallaşması mümkün deyil.

Bu gün şəhər həddindən artıq yüklənib, çoxsaylı yeni tikililər var. Amma kommunikasiya xətlərinin hamısı köhnədir. Onların haısının eynilənməsi müəyyən vaxt tələb edir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254