SOSİUM

146 şəhid vərəsəsinə ödəniş edilməsi üçün sənədlər Maliyyə Nazirliyinə göndərilib
07 NOYABR
176

146 şəhid vərəsəsinə ödəniş edilməsi üçün sənədlər Maliyyə Nazirliyinə göndərilib

2018-11-07 17:25:00

"Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid olmuş hərbi qulluqçuların vərəsələri tərəfindən təqdim edilən 300-dən çox sənəd daxil olub".

Fins.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İdris İsayevdeyib. 

O bildirib ki, vərəsələr əvvəlcə notariat orqanlarına müraciət edirlər: "Sonra notariuslarda olan informasiya Nazirliyin informasiya resursuna daxil olur. Noyabr ayının 2-dək Nazirliyə daxil olan 300-dən çox sənədə baxılıb və 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Maliyyə Nazirliyinə təqdimat verilib".

Eləcə də bax:Prezident ailəsi ilə birlikdə “Bravo”nun açılışında

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254