SOSİUM

Maaşı artanların SİYAHISI
07 NOYABR
593

Maaşı artanların SİYAHISI

2018-11-07 15:21:00

Növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndlərinin maaşlarının artırılması nəzərdə tutulub. Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, artıq Xarici İşlər Nazirliyi ilə birgə məsələ ilə əlaqədar işçi qrupu yaradılıb. 
“Həmin işçi qrupu işlərin qiymətləndirilməsi ilə məşğul olacaq. Bunun əsasənda da daha müvafiq təkliflər ali dövlət orqanlarına təqdim olunacaq”
Nazir deyib ki, uşaqların doğulması ilə bağlı müavinətlərin artırılması ilə bağlı məsələni də təhlil etmək lazımdır.
“Mənim fikrim odur ki, Azərbaycanı Belarus, eləcə də digər xarici ölkələrlə müqayisə etməməliyik. Çünki orada demoqrafik vəziyyətlə bizdəki vəziyyət tamamilə fərqlidir”. 
S.Şərifov bildirib ki, hər dövlətin öz xüsusiyyətləri var. 
“Lakin bu xüsusiyyətləri nəzərə alaraq, uşaqlara müavinətlə bağlı münasibət formalaşdırmalıyıq. Prinsp etibarı ilə buna baxa bilərik”. 
Gənclər Fonduna əlavə vəsaitin artırılmasına gəlincə nazir qeyd edib ki, Fonda verilən əlavə saləhiyyətlərin icrasına görə, büdcəyə əlavələr edilib. 
“Belə ki, Gənclər Fonduna ayrılan vəsait 3 dəfə artıb. O ki qaldı idmançıların ezamiyyətli ilə bağlı maliyyə vəsaitinə bununla bağlı məsələni müzakirə edib qiymətləndirməmizi təqdim edəcəyik”.

Eləcə də bax:Nazirdən pensiyalarla bağlı növbəti AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254