SOSİUM

Maliyyə naziri maaş və pensiya artımından DANIŞDI
07 NOYABR
321

Maliyyə naziri maaş və pensiya artımından DANIŞDI

2018-11-07 15:22:00

“Cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib”. 

Fins.az bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb. 

Nazir qeyd edib ki, eyni zamanda, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.

 Eləcə də bax:Nazirlik “E-sosial” portalının yaradılması işlərini yekunlaşdırıb

©Modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254