SOSİUM

Vətəndaşlar üçün yeni XİDMƏT növü - NAZİRDƏN ANONS
06 NOYABR
300

Vətəndaşlar üçün yeni XİDMƏT növü - NAZİRDƏN ANONS

2018-11-06 15:29:00

“Noyabrın 19-da vətəndaşlara xidmət edəcək sosial reyestrin təqdimat mərasimi keçiriləcək”.

Fins.az xəbər verir ki, Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2019-cu ilin büdcə layihəsi ilə bağlı müzakirələrdə deyib.

O bildirib ki, bu reyestr vasitəsilə hər bir vətəndaş öz şəxsi kabinetinə girərək sosial xidmət və müavinətlərinə dair bütün məlumatlarını əldə edəcək.

Nazir qeyd edib ki, ilin sonuna qədər yığımlardan 80 milyon manat qənaət gözlənilir:

“Ünvanlı Sosial yardım alanlar özünə məşğulluğa cəlb olunacaq. Hazırda özünəməşğulluğa cəlb olunmanın 40 faizi ünvanlı sosial yarımdan keçid edənlərdir. Əlillik sahəsində təyinatlarda 60 faiz azalma var”.

S. Babayev əlavə edib ki, əhaliyə “Dost” xidmətləri vasitəsilə də xidmət göstəriləcək.

“Bunun da 50 faizi elektron xidmətlər təşkil edəcək. Əksər məlumatlar vətəndaşın şəxsiyyət vəsiqəsi vasitəsilə toplanacaq. İlk “Dost” mərkəzinin də cari ilin sonunda açılması gözlənilir. Daha 3 mərkəzin də paytaxtda açılması nəzərdə tutulub”

©Modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254