SOSİUM

Havanı süni yağışla təmizləməyi planlaşdırırlar
06 NOYABR
109

Havanı süni yağışla təmizləməyi planlaşdırırlar

2018-11-06 14:26:00

Hindistanın paytaxtı havanın təmizləməsi üçün süni üsullarla yaradılan yağış texnologiyasından istifadə ediləcək ilk şəhər ola bilər. Yağıntıya səbəb olan xüsusi maddələr təyyarələr vasitəsilə buludlara səpiləcək.

Fins.az bildirir ki, Xarici KİV-lər xəbər verir ki, bu barədə çirklənməyə nəzarət üzrə mərkəzi idarənin katibi Praşant Harhava bildirib. “Süni yağışlar havanın çirklənmə probleminin həlli ola bilər. Biz Hindistanın Meteoroloji Departamenti ilə bu imkanları nəzərdən keçiririk”, - o, “Economic Times” qəzetinə verdiyi müsahibədə belə deyib.

Praşant Harhavanın sözlərinə görə, hökumət bu əməliyyatı noyabrın 10-dan sonra - əlverişli meteoroloji şəraitin yaranacağı vaxt həyata keçirməyi planlaşdırır.

 Eləcə də bax:Deputatdan gömrük ilə bağlı maraqlı sual - "BU QƏDƏR VƏSAİT....."

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Hindistanda hər il milyona qədər insan zəhərli tüstü səbəbindən həyatını itirir, paytaxt Dehli isə ekoloji vəziyyətinə görə dünyanın ən çirkli şəhəri olaraq qalır.

©marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254