SOSİUM

"Səyyar ASAN xidmət"in növbəti dayanacağı bəlli oldu
05 NOYABR
138

"Səyyar ASAN xidmət"in növbəti dayanacağı bəlli oldu

2018-11-05 17:23:00

"Səyyar ASAN xidmət" çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəxanı qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

Fins.az xəbər verir ki, Bu haqda  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Məlumata görə, "Səyyar ASAN xidmət" noyabrın 6-dan dekabrın 5-dək xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla, ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258