SOSİUM

“Azərsu” ASC AÇIQLAMA yaydı
05 NOYABR
215

“Azərsu” ASC AÇIQLAMA yaydı

2018-11-05 17:10:00

“Azərsu” ASC-nin cari ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

ASC-dən Fins.az verilən məlumata görə, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, ötən dövrdə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib. Cari ilin fevral ayında Mingəçevir, may ayında isə Xaçmaz və Xızı şəhərlərində, eləcə də Altıağac qəsəbəsində içməli su layihələrinin icrası yekunlaşıb. Bununla dasu təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya, 11-də isə su şəbəkələrinin inşası başa çatıb.

Q.Hüseynov bildirib ki, içməli su çatışmazlığınınmüşahidə edildiyi 19 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 205 km-ə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 617 bulaq quraşdırılıb. İndiyədək 14 kəndə su verilib və 25mindən çox sakinin içməli su problemi həllini tapıb.

“Azərsu” ASC-nin sədri daha sonra qeyd edib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 818 km içməli su, 257 km kanalizasiya xətləri çəkilib,24 ədəd subartezian quyusu qazılıb. Fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8%, Bakı şəhəri üzrə 81,5% təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi isə 80,7%-ə yüksəlib.

Daha sonra “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, Plan-iqtisad şöbəsinin rəisi Elçin Camalov, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov çıxış edərək müvafiq sahələr üzrə 2018-ci ilin yanvar-sentyabrayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

Q.Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Bildirib ki, bu ilin sonuna qədər kəndlərdə həyata keçirilən içməli su layihələri yekunlaşacaq. Gələn ilin əvvəlində isə bir sıra şəhərlərdə su və kanalizasiya layihələrinin icrası başa çatacaq. 2019-cu ildə Abşeron yarımadasındayeni su və kanalizasiya layihələrinin icrasına xüsusi diqqətyetiriləcək.

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250