SOSİUM

Bu il neçə kənd içməli su ilə təmin olunacaq?
02 NOYABR
95

Bu il neçə kənd içməli su ilə təmin olunacaq?

2018-11-02 15:17:00

Kəndlərdə yeni içməli su təchizatı sistemlərinin yaradılması ümumilikdə 19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edir. hazırda 13 rayonun 30 kəndində işlər “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”Sərəncam, 6 rayonun 11 kəndində isə dövlət investisiya proqramı çərçivəsində həyata keçirilir. Layihələrə əsasən, bu kəndlərdə 14 subartezian quyusu qazılması, 7 ədəd su anbarının, 414 km müxtəlif diametrli su xətlərinin tikintisi, 9 ədəd su qülləsinin, 4 ədəd nasos stansiyasının, əhalinin ümumi istifadəsi üçün 1 359 bulağın quraşdırılması, mövcud 4 su anbarın yenidən qurulması nəzərdə tutulub.

Fins.az xəbər verir ki, Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işləri nəticəsində 9 ədəd subartezian quyusu qazılıb, 318 km su xətti çəkilib və 913 bulaq quraşdırılıb. Ötən müddətdə 25-dək kənddə yeni şəbəkələrin və bulaqların quraşdırılması işləri yekunlaşıb. Bu kəndlərin 14-nə içməli suyun verilməsi təmin edilib, qalan kəndlərdə son tamamlama işləri aparılır. Layihələrin icrası nəticəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər, Xızı rayonunun Yeni Yaşma, Ağcabədi rayonunun Taxtakörpü, İsmayıllı rayonunun Zoğallıq, Quba rayonunun Ağbil, Talabıqışlaq və Digah kəndlərində 25 min nəfərin içməli su problemi həll edilib. Cari ilin sonunadək digər kəndlərə də içməli suyun verilməsi təmin ediləcək.

Ümumilikdə bu layihələrin icrası nəticəsində 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257