SOSİUM

305 müəssisə üzrə 1320 vakansiya təklif olunur
02 NOYABR
234

305 müəssisə üzrə 1320 vakansiya təklif olunur

2018-11-02 14:52:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir ayda Bakının Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai və Xəzər rayonlarındasəyyar əmək birjaları keçirilib.

Fins.az xəbər verir ki, rayonların ayrı-ayrı məntəqələrində müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı barədə məlumatlar verilib. Müraciət edən işsiz və işaxtaran vətəndaşlara 305 müəssisə üzrə 1 320 vakansiya təklif olunub.

Birjalara müraciət edənlərdən 127 nəfərə vakansiyalar üzrə müvafiq müəssisələrə göndəriş verilib. 43 nəfər peşə hazırlığı və ya əlavə təhsil kurslarına, 71 nəfər isəözünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.

Eləcə də bax:“Azəristiliktəchizat” zərərlə işləyir - TARİF QALXACAQMI?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250