SOSİUM

Azərbaycanda orta aylıq pensiya məbləği artırılacaq
01 NOYABR
223

Azərbaycanda orta aylıq pensiya məbləği artırılacaq

2018-11-01 16:27:00
Azərbaycanda 2019-cu ilin sonuna qədər əmək pensiyaçılarının sayının 1 286 700 nəfər olacağı proqnozlaşdırılır.

Fins.az  xəbər verir ki, Hesablama Palatasının rəyinə görə, 2018-ci ilin proqnozu üzrə əmək pensiyaçılarının sayı 1 301 800 nəfər olub. 

 Eləcə də bax:Xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır

Bu da onu göstərir ki, gələn il əmək pensiyaçılarının sayı 15 100 nəfər azalacaq.

Göstəricilərdə əmək pensiyaçılarının yaşayış minimumunun gələn il 149 manat olacağı nəzərdə tutulub ki, bu da 2017-ci il üzrə müvafiq göstəricidən 18,8 manat və ya 14,4 faiz, 2018-ci il üzrə müvafiq göstəricidən (144 manat) isə 5 manat və ya 3,5 faiz çoxdur.

Orta aylıq pensiya məbləğinin gələn il 241 manata qalxacağı gözlənilir. Bu isə 2018-ci il üzrə müvafiq göstəricidən 14,2 manat və ya 6,3 faiz çoxdur.

©oxu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258