SOSİUM

Səbail Rayon İcra Hakimiyyətinin yeni başçısının DOSYESİ
30 OKTYABR
773

Səbail Rayon İcra Hakimiyyətinin yeni başçısının DOSYESİ

2018-10-30 17:38:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vüqar Teyyub oğlu Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

 Fins.az yeni icra başçısının dosyesini təqdim edir: 

Vüqar Teyyub oğlu Zeynalov 1963-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 

Vuqar Teyyub oğlu Zeynalov İcra başçısı təyin edilənədək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin də məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vuqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, iki övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250