SOSİUM

Temperatur 5 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ
30 OKTYABR
172

Temperatur 5 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ

2018-10-30 15:04:00
Oktyabrın 31-i Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə Fins.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Eləcə də bax:Eldar Əzizov Bakıda Qərargah yaratdı

Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. 

Çaylarda sululuğun artacağı ehtimalı var.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258