SOSİUM

"Statistika yalandır" iddialarına münasibət
29 OKTYABR
174

"Statistika yalandır" iddialarına münasibət

2018-10-29 16:33:00

"Heç bir dövlət qurumu ilə statistik məlumatların alınmasında problemimiz yoxdur, ola da bilməz".

Fins.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, statistik məlumatın gecikdirilməsinə, yaxud təhrif olunmasına görə fiziki və hüquqi şəxslərin 300 manatdan 500 manatadək cərimə edilməsi nəzərdə tutulub: "Ona görə də bu sahədə məlumatların alınmasında hər hansı problem yoxdur".

Azərbaycanın statistik məlumatların istehsalına görə ən qabaqcıl ölkələrdən biri olduğunu xatırladan T. Budaqov əlavə edib ki, digər inkişaf etmiş ölkələrdə bu kimi məlumatlar hətta iki ildən sonra dərc olunur: "Odur ki, bizim ölkədə məlumat gecikmir. Hətta məlumatların ictimailləşdirilməsi müddəti bir çox inkişaf etmiş ölkələrdən daha qısa vaxtda həyata keçirir".

Komitə sədri həmçinin statistik göstəricilərin günün reallıqlarını əks etdirməməsi ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib. O qeyd edib ki, bu kimi yanaşmalar bütün dünyada var.

 Eləcə də bax:İlham Əliyev Şəkidə

T.Budaqov vurğulayıb ki, əhalidə statistik məlumatlara inam yaranması üçün insanların statistik savadlılığı yüksəlməlidir: "Hər kəs statistik rəqəmi öz həyatındakı rəqəmlərlə müqayisə edir. Biz orta əmək haqqının məbləğini açıqlayanda 250 manat əmək haqqı alan insan bundan narazılığını ifadə etməyə başlayır. Lakin o, nəzərə almır ki, statistika ölkə üzrə orta göstəricilərin məcmusudur".

O eyni zamanda, gələcəkdə statistik məlumatların çeşidinin artırılmasının zəruri olmasına dair fikirlərə də münasibət bildirib: "Statistikada insanların, istifadəçilərin, dövlətin təlabatına uyğun çeşid müəyyən edilir. Hansı məlumata maraq varsa, o istiqamətdə də Statistika Komitəsi öz işini qurur. Bəzən insanlarımızda təsəvvür yaranır ki, statistik məlumat sadə bir məhsuldur. Statistika istehsal prosesidir və bu da müəyyən investisiya qoyuluşu tələb edir. Ona görə də çox az maraq doğuran məsələlər ətrafında vəsait sərf edib statistika formalaşdırmaq da iqtisadi cəhətdən səmərəli və ya sərfəli deyil".

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258