SOSİUM

Dövlət Komitəsinin sədri: "Əhalinin siyahıya alınması üçün hazırlıq görülür"
26 OKTYABR
170

Dövlət Komitəsinin sədri: "Əhalinin siyahıya alınması üçün hazırlıq görülür"

2018-10-26 16:14:00

Gələn ilin oktyabr ayında ölkədə əhalinin siyahıya alınması keçiriləcək və bununla bağlı hazırlıq işləri görülür".

Fins.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, oktyabrın 1-dən 10-dək Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib.

T.Budaqov vurğulayıb ki, burada metodoloji materiallar, siyahıyaalınma vərəqələrinin müasir tələblərə uyğunluğu yoxlanılır: "Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
 
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255