SOSİUM

BŞİH gücləndirilmiş rejimə keçdi
25 OKTYABR
142

BŞİH gücləndirilmiş rejimə keçdi

2018-10-25 14:55:00
Bakıda 30-a yaxın ağac aşaraq fəsadlar törədib.
 
Fins.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hadisə baş verən yerlərə işçi qüvvəsi cəlb olunub:
 
"Ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın budaqlarının sınması və aşması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar oradan götürülüb”.
 
 
 
Şöbə rəisi qeyd edib ki, qurum ötən gecədən etibarən gücləndirilmiş iş rejiminə keçib:
 
"Bitkilərin mühafizəsi idarəsinin 30-a yaxın əməkdaşı gücləndirilmiş iş rejiminə keçib. Onlar ötən gecədən iş başındadırlar”.
 
Qeyd edək ki, aşan ağacların bir neçəsi yaxınlıqda park edilən avtomobillərə də ziyan vurub.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258