SOSİUM

ETSN: Bakıda havada tozun miqdarı normadan 2.5-3 dəfə çoxdur
25 OKTYABR
130

ETSN: Bakıda havada tozun miqdarı normadan 2.5-3 dəfə çoxdur

2018-10-25 11:27:00

Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Fins.az xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən bildirilib. 

Eləcə də bax:Meteohəssas insanlar diqqətli olsunlar!

Məlumata görə, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələr göstərir ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254