SOSİUM

Biznes fakültəsinə dekan axtarılır - MÜSABİQƏ ELANI
25 OKTYABR
151

Biznes fakültəsinə dekan axtarılır - MÜSABİQƏ ELANI

2018-10-25 09:36:00
Azərbaycan Universiteti biznes və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən namizədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər: 

• Kadrlar uçotunun şəxsi vərəqəsi;
• Tərcümeyi-hal;
• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
• Elmi və elmi metodiki işlərin siyahısı;
• Fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Müsabiqə elan edilən vəzifəyə həm universitetin professor-müəllim heyəti, həm də digər şəxslər sənəd təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və yuxarıda qeyd olunan sənədlər elan verildiyi gündən başlayaraq, 1 (bir) ay müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na müvafiq olaraq müsabiqənin keçirilməsi üçün Azərbaycan Universitetinə təqdim edilməlidr. 
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258