SOSİUM

Azərbaycanda güclü zəlzələlərin baş verməsinin səbəbi açıqlanıb
24 OKTYABR
235

Azərbaycanda güclü zəlzələlərin baş verməsinin səbəbi açıqlanıb

2018-10-24 15:00:00

Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan Seysmoloqlar Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi “Bakı şəhəri Xətai rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri imkanlarının araşdırılması” layihəsinə həsr olunan tədbir keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli ölkə ərazisində seysmik aktivliyin qeyri-bərabər paylandığını deyib. 

Eləcə də bax:DSMF-yə ödənişlər dəyişdirilir - DAHA BİR YENİLİK

O, ölkədə güclü zəlzələlərin daha çox Şamaxıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərində baş verdiyini diqqətə çatdırıb. 

Şöbə müdiri ölkə ərazisində güclü zəlzələlərin baş verməsinin səbəbini də açıqlayıb. O, bunun iri dərinlik qırılmaları ilə əlaqədar olduğunu vurğulayıb.

T.Məmmədli Bakı şəhəri, Xətai rayonu ərazisində olan köhnə, sovet dönəmində tikilən beşmərtəbəli binalarda zəlzələ riskinin böyük olduğunu bildirib. Onun sözlərinə görə, orada ehtimal olunan seysmik təhlükə 8 balla qiymətləndirilir. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255