SOSİUM

Suyun verilməsi məhdudlaşdırılacaq
23 OKTYABR
345

Suyun verilməsi məhdudlaşdırılacaq

2018-10-23 18:04:00

Sabah Səbail rayonunun bəzi hissələrində suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a  verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar oktyabrın 24-də səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259