SOSİUM

Dünyanı ən çox kimlər çirkləndirir? - ARAŞDIRMA
23 OKTYABR
169

Dünyanı ən çox kimlər çirkləndirir? - ARAŞDIRMA

2018-10-23 16:30:00
Hava Çirkləndirilməsi.

2018-ci ildə havaya buraxılan karbondioksid qazının miqdarı 36.2 milyard ton səviyyəsinə çatmışdır. Bu qazın hava boşluğuna yayılması Buzlaqların əriməsi və iqlim dəyişikliyi kimi əhəmiyyətli problemlərə səbəbdir.

 Eləcə də bax:Pensiya alanların DİQQƏTİNƏ - 140,7 manat artım

Avropa komissiyası və Hollandiya Ətraf Mühit Agentliyinin verdiyi məlumata görə, havaya buraxılan karbondioksidin miqdarına görə ilk yeri Çin tutur. Çin üçün bunu rəqəmlə ifadəetmək istəsək - ildə 10.5 milyard ton ilə bu ölkə ümumi çirklənmənin təqribən üçdə birinə səbəb olur.

Bundan əlavə dəniz və okeanlara qarışan plastik məhsullar, artan insan nüfuzu, qida və enerjinin artan istehlakı və s. kimi problemlərə həll yolu olaraq 12 Dekabr 2015-ci ildə dünya ölkələri bir araya gələrək (ABŞ xaric) COP 21 Paris Sövdələşməsini tərtib edirlər. (Birləşmiş Millətlər İqlim Dəyişikliyi Haqqında Konvensiya) http://www.cop21paris.org/

Su Çirkləndirilməsi.

Su hövzələrinin çirkləndirilməsi çox da çətin araşdırılabilinən mövzu deyil. Demək olar ki, bütün ölkələr üçün bu problem aktualdır, bəzilərində az, bəzilərində çox.

Bir çox ölkələr bu problemin səbəblərindən birini əkinçilikdə görürlər. Həqiqətən Kənd Təsərrüfatı prosesləri zamanı əkinlərə verilən dərman vasitələri yeraltı və yerüstü suların ciddi şəkildə çirklənməsinə yol aça bilir.

Bir digər faktor da zavodlardır. Zavodlar ki dərman vasitələrini hazırlayır, satır yaxud istehsalatda hansısa kimyəvilərin təmizlənməsində istifadə edir, sonra da zəhərli su qalıqlarını orta, böyük hövzələrə axıdır, bu artıq ciddidir. Belə düşünürük ki, çirkabların duzlu sulara axıdılması artıq tarixdir, yanılırıq bu gün də bu proses eyni hətta artıq sürətlə davam edir.

Su çirklənməsində ən çox pay sahibi ölkələr.

  1. Çin – Yangtze və Sarı (Yellow River) çayları, güclü çirklənməyə məruz qalaraq artıq çanlı orqanizmanın münbit şəraitini qorumaq barədə ciddi problemlər yaşaya bilər.
    1. 1999-cu ildə aparılan bir araşdırmada Çin əhalisinin 700milyonu insan və heyvan tullantılarından, eləcədə başqa faktorlardan çirklənmiş sulardan, içməli su olaraq istifadə etməkdə idi. Bu araşdırma
    2. 2010-cu ildə Sarı dənizində partlayan neft boru kəməri ,suya 1500 ton xam neftin axıdılmasına səbəb oldu.
    3. 2013-cü ildə Huangpu çayında 16000 ölü donuz aşkar edildi. Suya yayılan donuz s9irkovirusu güclü təşviş yaratmışdı. Bu siyahını uzatmaq olar.
  2. ABŞ – Persidlər(kim.vasitə) bu ölkənin ən güclü çirkləndiricisi kimi bilinməkdədir. Bu kimyəvi vasitə sinir sisteminə zərər verərək nevroloji, böyrək və qaraciyərdə ciddi problemlərə səbəb olur. Qeyd olunan kim. vasitəyə məruz qalmış sudan istifadə edən insan və heyvanlarda xərçəng xəstəliyinə səbəb ola bilir.
    1. 2010-cu ildə Ətraf Mühit İşçi Qrupu (Environmental Working Group) ABŞ-ın 35 böyük şəhərindəki içməli suda “Chromium-6” kanserogenini aşkar etdi.
    2. Harvard Universitetinin 2016-cı ildə həyata keçirdiyi bir araşdırmada 33 ştatda başqa bir xərçəng səbəbli kimyəvi maddələrin içmə suya qarışdığını ortaya çıxarmışdır.
    3. 2015-ci ildə “Gold King Mine” tərəfindən, zərərli maddələrin hövzə axıntısının qarşısını almaq məqsədiylə quraşdırılan sədd, qəza nəticəsində dağılaraq toksik maddələrin Cerment Dərəsinə yayılmasına səbəb olmuşdur. Hələ də dərədə ağır metal qalıntıları qalmaqda davam edir.
  3. Hindistan.
  4. Almanya.
  5. Yaponya.
  6. İndoneziya
  7. Brazilya.

Zərərin Kompensasiyası üsulları.

 

  • Serbiyanın Fiskal Şurası 2019-cu il üçün ətraf mühitin muhafizəsi üçün büdcə ayırmalarını 1.2%-dən 1.4%-ə qədər artıqmağı planlaşdırır. Bu da təxminən 500 milyon avro edir.
  • “The Pollution Control Evaluation” , ”The Clean River” proqramları, The Natural “Resources Management Division”  kimi layihələr sayəsində su hövzələrinin muhafizəsinə ciddi nəzarət həyata keçirilir.
  • 1957-ci ildə qurulan, ən son 2002-ci ildə yenilənən Federal Su Qanunu sayəsində Almanyanın daxilində su mənbələrində təmizlənmə, nəzarət, yüksək keyfiyyətli içməli suyun təşkilinə şəraif yaradılmışdır, davam edir.
  • Yaponyada Su Çirklənməsinə Nəzarət Qanunu, zavod, fabrik, müəssisələrin tullantıların xaricolma qabiliyyətini tənzimləyir
  • ABŞ-da Təhlükəsiz İçməli Su Qanunu 91 fərqli çirkləndiricini (lakin bundan 100-lərlə var) özündə ehtiva edərək çirkabların təmizlənməsinə, eləcə də yayılmamasına nəzarəti həyata keçirir.
  • İEÖ-də bir digər tədbirlər sisteminə ictimai nəqliyyatın pulsuz xidmətini təşkil etmək daxildir. Belə olan təqdirdə şəxsi avtomobillərin satında azalma müşahidə olunacaq.
  • 2016-cı ildə Hindistanın hədəfləri içərisində 2030-cu ildə ölkədə ki bütün maşınların elektrikli olacağı var idi. Sonralar bu iddianın biraz həqiqətə oxşayanın deməyi qərarlaşdıraraq “bütün” sözünü “maşınların 30%-i” birləşməsiylə əvəz etməyi uyğun gördü.

 

Sağlam həyat səviyyəsinə görə lider 5 ölkə.

  • Yaponiya -Yaponiyada yaşayan insanlar ümumiyyətlə dünyadakı ən uzunömürlülərdən sayılırlar - xüsusilə qadınlar üçün sağlam bir dəniz əsaslı diyet sayəsində. Sorğu iştirakçıları Yaponiyanı çox yenilikçi bir ölkə olaraq görürlər.

4.   Norveç – Noveç hökumətinin meşələrin qırılması, ağaclara verilən zərər, təbiətiət muhafizəsib barədə çox ciddi tədbirləri sayəsində əhali, yüksək keyfiyyətlərə malik sağlam həyatlarını sürdürürlər.

3.   Finlandiya – Ölkə  hər zaman özününenerji resurları içərisində, bərpa edəbilən enerji payını əhəmiyyətli dərəcədə artırmağa çalışmışdır. Tarixən xalq torpağa (kənd-təsərrüfatı) verdiyi önəmi ilə seçilmişdir.

2.   İsveçrə – Özünün kişi və qadınlarının orta ömür müddətinin 80 ildən çox olduğu bu ölkə əhalisinin güclü sahibkarlıq fəaliyyəti ilə də qabaqcıl olmuşdur.

1.   İsveçrə – 2017-ci ildə olduğu kimi, bu il də yaşayış səviyyəsinə görə ölkələr arasında liderliyini qoruyub saxlaya bilmişdir. Dövlət ümumiyyətlə siyasətinin “sağlam həyat yolu” prinsipi üzərində qurur. Torğaq işi ilə məşğul olmaq istəyənlərə xüsusi imkanlar və üstünlüklər yaradılır. Ümumiyyətlə Skandinaviya ölkələri hər zaman yüksək həyat keyfiyyəti ilə seçilmişlər.

 ©BANCO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258