SOSİUM

Deputatlara yeni məhdudiyyətlər qoyulur
23 OKTYABR
390

Deputatlara yeni məhdudiyyətlər qoyulur

2018-10-23 16:26:00

Deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qoyulur.

Fins.az xəbər verir ki, bununla bağlı "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” Qanuna yeni 10.3-cü maddə təklif edilir.

Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.

Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.

Eləcə də bax:DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur.

"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

©modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250