SOSİUM

Pensiya alanların DİQQƏTİNƏ - 140,7 manat artım
23 OKTYABR
180

Pensiya alanların DİQQƏTİNƏ - 140,7 manat artım

2018-10-23 12:47:00

Bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən 36 minə qədər vətəndaş müraciət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq, onların pensiyalarının yenidən hesablanaraq artırılması təmin olunub, pensiyalarında orta hesabla 140,7 manat artım edilib.

Qeyd olunan maddəyə görə, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.

 Eləcə də bax:Azərbaycanda ardıcıl 3 qeyri-iş günü olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258