SOSİUM

Jurnalist Camal Kaşıkçının cəsədi tapıldı
23 OKTYABR
1733

Jurnalist Camal Kaşıkçının cəsədi tapıldı

2018-10-23 12:30:00

İtkin düşən jurnalist Camal Kaşıkçının cəsədi tapılıb.

Fins.az xəbər verir ki, jurnalistin cəsədi su quyusundan tapılıb. Məlumatı “Vətən” partiyasının sədri Doğu Perinçek açıqlayıb.

Cəsədin tapıldığı su quyusu Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun ərazisində yerləşir.

Xatırladaq ki, “Wasington Post” qəzetinin əməkdaşı olan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olub və bir daha ərazidən çıxmayıb.

Səudiyyə Krallığı jurnalsitin ölüm faktını yalnız 18 gün sonra təsdiqləmişdi. Hadisəyə ilə bağlı 18 nəfər saxlanılıb. Onlar arasında Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşları da var.

 Eləcə də bax:Azərbaycanda ardıcıl 3 qeyri-iş günü olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250