SOSİUM

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı AÇIQLANDI
23 OKTYABR
110

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı AÇIQLANDI

2018-10-23 10:41:00

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb. Hazırda sistemdə 3,7 milyon nəfər qeydiyyatdadır.2018-ci il 1 oktyabr tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemindəqeydiyyatda olan sığortaolunanların sayı  3 690 120 nəfər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü (3 528 466 nəfər) ilə müqayisədə 161 654 nəfər və ya 4,6 faiz çoxdur.

Fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının çoxalması sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasının nəticəsidir. Sistemdə qeydiyyata alınan hər bir şəxs gələcəkdə pensiya təminatı hüququna malik olmaq üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Eləcə də bax:Yeni “ASAN Həyat” kompleksi açıldı

Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunanlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə məlumat əldə edə, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət edə blirlər.

Sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərək artırılması təmin olunur.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250