SOSİUM

Səhiyyə Nazirliyinin fəaliyyətində nöqsanlar aşkarlanıb
19 OKTYABR
177

Səhiyyə Nazirliyinin fəaliyyətində nöqsanlar aşkarlanıb

2018-10-19 14:12:00

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət satınalmaları zamanı nöqsanlara yol verib.

Fins.az bu barədə Hesablama Palatasının, Səhiyyə Nazirliyinin 2016-2017-ci illərdəki fəaliyyəti üzrə yaydığı audit hesabatına istinadən xəbər verir.

Hesabata əsasən tibbi avadanlıqların alınıb quraşdırılması üçün aparılmış satınalma proseduru zamanı qanunvericiliyə əməl olunmayaraq müqaviləyə əlavə edilmiş qiymət cədvəlində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə 12 halda, Sabirabad Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə 7 halda, Quba Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə 8 halda və Masallı Rayon Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə 9 halda tibbi avadanlıqların texniki göstəriciləri tenderin qiymət təklifi cədvəlində əks olunmayıb

Sabirabad, Qazax və Quba rayon Mərkəzi Xəstəxanalarının tikintisi obyektləri (geoloji-mühəndisi və layihə-smeta sənədlərinin hazırlanması işləri) üzrə keçirilmiş təkliflər sorğusunun "Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu”nda "iddiaçının ixtisas uyğunluğunu müəyyənləşdirən meyarlar" bəndində iddiaçının layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə deyil, iddiaçının təmir işlərini aparma təcrübəsi 5 balla qiymətləndirilməyib.

Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxt çatışmazlığı əsas göstəriləməklə verilən razılığa istinad edilərək “Təkliflər sorğusu” və ya “Bir mənbədən satınalma” metodu tətbiq edilməklə 5 obyektin tikintisi üzrə 3-10 ay müddət keçdikdən sonra ümumilikdə 37994,4 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Satınalma proseduru keçirilmədən 14.04.2017-ci il tarixdə 1 halda 2906,4 min manat məbləğində satınalma müqaviləsi bağlanılmış. Tender əsas şərtlər toplusunda nəzərdə tutulsa da açıq tender üsulu ilə həyata keçirilmiş satınalmalar üzrə bağlanılmış satınalma müqavilələrində xüsusi şərtlər müəyyən edilməyib

2016-cı ildə həyata keçirilmiş satınalmalar zamanı qalib elan edilmiş müəssisələrlə bağlanmış bütün satınalma müqavilələrinin, 04.05.2017-ci il tarixində bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməyib.

2016-cı ildə keçirilmiş kotirovka sorğuları zamanı ehtimal olunan məbləğin mövcud qaydalarda müəyyən edilmiş məbləğdən yuxarı olmasına baxmayaraq kotirovka sorğularının keçirilməsi barədə elan mətbuat orqanında və rəsmi internet saytında verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250