SOSİUM

Dəniz və okeanlardakı plastik tullantıların səbəbkarı hansı şirkətlərdir?
19 OKTYABR
111

Dəniz və okeanlardakı plastik tullantıların səbəbkarı hansı şirkətlərdir?

2018-10-19 11:13:00

Dünyada hər dəqiqə dəniz və okeanlar plastik tullantılarla çirkləndirilir. Dünya İqtisadi Forumunun məlumatına görə, hər il orta hesabla 8 milyon ton plastik tullantı okean sularına qarışır.

Dünya İqtisadi Forumu bu tendensiyanın davam etməsi halında 2050 – ci ilə qədər dəniz və okeanlardakı plastik tullantıların həcminin dəniz canlılarından daha çox olacağına dair xəbərdarlıq edib.

Plastik məmulatların uzun illər ərzində təbiətdə yox olmaması və dənizlərə tökülən plastik tullantıların üzərində başqa kimyəvi maddələrin də mövcud olması bu problemin insan sağlamlığını da təhdid etməsinə gətirib çıxarır.

 

Bəs, hər il dənizlərə tökülən tonlarla plastik tullantılar haradan gəlir?

“Greenpeace” beynəlxalq ətraf mühiti qoruma təşkilatı “Plastik məmulatlardan imtina edin” kampaniyası çərçivəsində 42 ölkədən 10 min könüllünün köməyindən istifadə edərək plastik çirkliliyinin səbələrini araşdırıb.

9 ay davam edən araşdırmalardan sonra həyata keçirilən 239 dəniz təmizləmə əməliyyatı zamanı cəmi 187 mindən çox plastik tullantı toplandı.

“Greenpeace” təşkilatı dünyanın fərqli yerlərindən əldə edilən nümunələrə əsasən ən çox plastik çirkliliyi yaradan şirkətlərin müəyyən edildiyini söyləyir. Şirkətlərin siyahısı aşağıda göstərilmişdir.

  1. Coca-Cola
  2. PepsiCo
  3. Nestlé
  4. Danone
  5. Mondelez International
  6. Procter & Gamble
  7. Unilever
  8. Perfetti van Melle
  9. Mars Incorporated
  10. Colgate-Palmolive

Həmçinin oxu: Coca-Cola – dan “Ölümcül” səhv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252