SOSİUM

Gəlirlərimiz AÇIQLANDI
19 OKTYABR
333

Gəlirlərimiz AÇIQLANDI

2018-10-19 10:20:00

Bu ilin doqquz ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 39690,3 milyon manata çatıb. Fins.az Dövlət Statistika Komitəsinə istinadən  xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4046,7 manat təşkil edib və 8,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 83,4 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,4 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36465,7 milyon manatlıq vəsait qalıb.

 Eləcə də bax:Ən çox maaş alan DEPUTAT kimdir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258