SOSİUM

Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib
19 OKTYABR
105

Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib

2018-10-19 09:20:00

Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizısinə məlumat daxil olub.

DSX-nin yaydığı məlumata görə, məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edb. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

 Eləcə də bax:Ən çox maaş alan DEPUTAT kimdir?

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258