SOSİUM

İtən əşyalarınızı necə tapa bilərsiniz?
18 OKTYABR
166

İtən əşyalarınızı necə tapa bilərsiniz?

2018-10-18 15:25:00

Həmişə tələsən sərnişin əşyasını hava limanında unutmaq kimi pis vərdişə malikdir. Əgər əşya sahibi öz malını təhvil almırsa, həmin əşyanın aqibəti necə olacaq? Türkiyədə belə qayda var: malını unutmuş sərnişin 3 aya həmin əşyanı təhvil almasa, hava limanı onu ikinci əl olaraq satışa çıxarır.

Bəs Azərbaycanda belə hal baş verərsə, itmiş əşyanın taleyi necə olur?

Fins.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, sərnişinlərin geri almadığı, o cümlədən unudulan baqaj “Sərnişinlərin, baqaj və yükün daşınması qaydaları”nın 15.18.2-ci bəndinə uyğun olaraq “Azərbaycan Hava Yolları” QSC-nin müvafiq xidmətlərinə saxlanılmaq üçün təhvil verilir.

Paşa Kəsəmənski həmçinin qeyd edib ki, baqajın saxlanma müddəti 6 aydır, zaman bitdikdən sonra baqaj müəyyən olunmuş qaydada realizə olunur.

Report

 Eləcə də bax: Proqnozlar Bürosu 3 günün HAVA şəraitini açıqladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258