SOSİUM

Ən çox maaş alan DEPUTAT kimdir?
18 OKTYABR
317

Ən çox maaş alan DEPUTAT kimdir?

2018-10-18 14:26:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqlədikdən sonra deputatların maaşı artırılıb. Dəyişiklik mayın 1-dən qüvvəyə minib və deputatlar artıq 5 aydan çoxdur ki, bu qədər maaş alırlar.  

Fins.az xəbər verir ki, Maaş bölgüsü belədir:

Milli Məclisin sədri Oqtay Əsədov – 3 min 712 manat 50 qəpik,

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov – 3 min 340 manat 50 qəpik,

Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov – 3 min 154 manat 50 qəpik,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli – 2 min 970 manat,

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə – 2 min 970 manat,

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov – 2 min 970 manat,

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli – 2 min 970 manat,

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov – 2 min 970 manat,

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı – 2 min 970 manat,

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov – 2 min 970 manat,

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov – 2 min 970 manat,

Reqional məsələlər komitəsinin sədri Arif Rəhimzadə – 2 min 970 manat,

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli – 2 min 970 manat,

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov – 2 min 970 manat,

Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov – 2 min 970 manat,

İntizam komissiyasının sədri Ağacan Abıyev – 2 min 970 manat,
 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə – 2 min 784 manat,

İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov – 2 min 784 manat,

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə – 2 min 784 manat,

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev – 2 min 784 manat,

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev – 2 min 784 manat,

Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev – 2 min 784 manat,

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev – 2 min 784 manat,

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova – 2 min 784 manat,

Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev – 2 min 784 manat,

İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini – Xanlar Fətiyev 2 min 784 manat,

Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev – 2 min 784 manat,

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva – 2 min 784 manat,

azxeber

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258