SOSİUM

Proqnozlar Bürosu 3 günün HAVA şəraitini açıqladı
18 OKTYABR
258

Proqnozlar Bürosu 3 günün HAVA şəraitini açıqladı

2018-10-18 12:11:00

Azərbaycan ərazisində növbəti üç gün ərzində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, oktyabrın 19-u, 20-si və 21-də hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Eləcə də bax:Azərbaycan Milli Konservatoriyası müəllim axtarır

O bildirib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin səhər saatlarında bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Nazirlik rəsmisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 19-22, aran rayonlarında 21-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti təşkil edəcək". 

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257