SOSİUM

Azərbaycanda nə qədər işsiz var?
17 OKTYABR
126

Azərbaycanda nə qədər işsiz var?

2018-10-17 13:04:00

Bu il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5137,5 min nəfər olub, onlardan 4885,9 min nəfərini məşğul əhali təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu il sentyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1540,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,4 min nəfər, qeyri-dövlət sektorunda isə 659,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,8 min nəfər, qeyri-neft sektorunda isə 1506,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,6%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,1%-i tikintidə, 6,8%-i emal sənayesində, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2%-i mədənçıxarma sənayesində, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,3%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i istirahət, əyləncə və incəsənət, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i informasiya və rabitə, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2018-ci ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,6 saat təşkil edib.

Bu il oktyabrın ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34,8 min nəfər olub, onların 37,4%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 210,6 manat olub.

 Eləcə də bax:Əlilliyi olan şəxslərə BP - dən dəstək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250