SOSİUM

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb
17 OKTYABR
101

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

2018-10-17 11:14:00

Azərbaycanda cari ilin 1 oktyabr tarixinə orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə (200,2 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilir və ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır.

Bu barədə  Fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Təkcə bu ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Nazirliyin xətti iləcari ilin 9 ayında ümumilikdə 2075 nəfər peşə hazırlığına cəlb olunub.

 Eləcə də bax:Milli Məclisdə deputatlardan iş vaxtı kafeyə getməmək tələb olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258