SOSİUM

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri AÇIQLANDI
15 OKTYABR
192

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri AÇIQLANDI

2018-10-15 17:00:00

Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində də artım tempi davam edir.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, 2018-ci ilin 9 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ya 406,84 milyon manat) artaraq 2938.01 milyon manata çatıb.

Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım özünü göstərib.

Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticəsini verir. Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9 faizə yaxın (87,81 milyon manat) artım qeydə alınıb.

Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3 faiz yerinə yetirilib.

 Eləcə də bax: Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258