SOSİUM

Qaydalara biganəlik həyatımıza təhlükədir
15 OKTYABR
124

Qaydalara biganəlik həyatımıza təhlükədir

2018-10-15 12:03:00

Fövqəladə hadisələr zamanı davranış qaydalarına, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmlərinə, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydalarına, təbii fəlakətlərdən mühafizə üsullarına və qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır.

Fins.az xəbər verir ki, bu fikirlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Nəzarət Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Hirkan Milli Parkında “Qaydalara biganəlik həyatımıza təhlükədir” mövzusunda keçirdiyi seminarda səsləndirilib.

Maarifləndirici tədbirdə Hirkan Milli Parkında fəaliyyət göstərən texniki işçilərə və bu ərazidə yaşayan kənd sakinlərinə payız və qış mövsümü ilə əlaqədar meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Çıxışlarda qeyd olunub ki, tədbirin məqsədi milli sərvətimiz olan meşələri yanğından qorumaq, bu sahədə çalışan insanlara yanğınsöndürmə alət və vəsaitlərdən istifadə və davranış qaydalarını izah etməkdir.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Hirkan Milli Parkı 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq 21,435 hektar sahədə, əvvəlki Hirkan Dövlət Təbiət Qoruğu, Astara və Lənkəran meşə təsərrüfatlarının ərazilərinin birləşdirilməsi hesabına yaradılıb. 2008-ci ildə isə Milli Parkın ərazisi daha da genişləndirilib və ümumilikdə 40,358 hektar təşkil edir.

Eləcə də bax:6 ayda 11-14 yaşlı 650 qız ərə verilib - RƏSMİ

Ölkəmizin cənub bölgəsinin qiymətli florasını, burada məskunlaşan fauna növlərinin qorumaq və olduğu kimi gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılan Milli Parkda tədqiq olunmuş 160 növ ağac və kolların 36-sı relikt və endemikdir. Milli Parkın ərazisində yerləşən meşələr relikt və endemik bitki örtüyü, eləcə də qiymətli ağac və kol növləri ilə zəngindir.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250